“Hər şeyin sonuna gəldiyimizi düşünürəm. Üç il boyunca bir-birimizi çox sevdik, gözəl zamanlar keçirdik. Amma sənin hərəkətlərindən sonra artıq mənim üçün hər şey dəyişdi. Həyatımda hər zaman dürüstlük və hörmət ön planda olub, amma son yaşananlar mənim sənə qarşı olan güvənimi tamamilə itirdi.

Bəlkə də mənim istəklərim,qaydalarım (tələblərim) sənə ağır gəldi, amma hər zaman sənin yaxşılığın və gələcəyin üçün düşünərək hərəkət etdim. Qısaca səni sevgilim deyildə gələcəy ailəm olmanı istedim.İndi isə hər şey bitib artıq. Mənə qarşı olan münasibətindəki dəyişikliklər və gizlətmək istədiklərin mənim üçün artıq anlaşılmazdır. Çünki özümü senin yerinə qoymaq isteyendə dolğun bir açıqlama tapa bilmədim. Mən heç vaxt səninlə belə davam etmək istəməzdim, amma sənin seçiminlə, o gece etdiyinlə artıq sonlandıq.

Həyatımda yeni bir səhifə açmalıyam, buna özümdəndə ötə ailəmə borcluyam və sənə olan hisslərim artıq olsa belə heç bir əhəmiyyət kəsb etmir çünki, sevən adamın nifrəti sevgidəndə böyükdür. Mənim üçün ən önəmli olan sənin xoşbəxtliyin idi, amma mənim də öz dəyərlərim, gözləntim və həyatım var. Hər şey üçün təşəkkür edirəm.

“Səninlə keçirdiyim hər an mənim üçün çox dəyərli idi amma sən də mənə çox şey öyrətdin – hər şeyin bir sonu olduğunu və heç bir şeyin əbədi olmadığını. Mən heç vaxt başqasını sevmək, başqasına aid olmaq istəmədim. Səninlə olan bu sevgi həyatım mənim üçün tamamilə xüsusi idi, amma sən məni düşündürmədiyin zamanlarda, sənin etdiklərin mənə çox ağrı verdi,sənin göstərdiyin hərəkətlər, və etibarımı itirməyim, mənim gözlərimdə hər şeyi dəyişdi.

Bir neçə dəfə cəhd etməyim, gördüklərim, səni məni anlamağa deyil, sadəcə özünü rahatlaşdırmağa çalışdığını göstərdi.

Qəlbimi təkrar yerə qoydum və hər şeyin bitdiyini qəbul etdim. Sənin mənə yaşatdıqlarının təkrarı heç kimin başına gəlməməlidir, amma sənə bunu yaşatmaq mənim işim deyil.

Mənim həyatımda yeni səhifə açıldı və sən artıq orada yoxsan. Sənin üzərindən keçən hər gün bir öyrəncəyə çevrildi. Mənim üçün hər şey sona çatdı. Həyatımı davam etdirmək istəyirəm və bu, artıq səninlə olmayacaq.”